İsrail qüvvələri yenidən Suriya ərazisinə daxil olub

17 Dekabr 2025 19:54 (UTC+04:00)

İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətinin kənd təsərrüfatı bölgəsində yerləşən bir neçə kəndə yenidən daxil olub.

Aznews.az xəbər verir ki, İsrail hərbçilərinin dörd nəqliyyat vasitəsindən ibarət korteji dağıdılmış Əl-Kunaytra şəhərinə daxil olub. Sonra onlar "Əlam dairəsi"ndə müvəqqəti nəzarət-buraxılış məntəqəsi quraraq Şərqi Samdaniya kəndinə doğru hərəkət ediblər və vilayətin şimalındakı Tal-Krum-Caba bölgəsinə çatıb.

Agentliyin məlumatına görə, bundan əvvəl də İsrail qüvvələri vilayətin cənubundakı bir sıra kənd və şəhərlərə daxil olublar.