"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsində və Şahbuz şəhərində sadə tipli açıq hava idman qurğuları istifadəyə verilib.
Aznews.az xəbər verir ki, Dövlət Proqramına uyğun olaraq sadə tipli açıq hava idman qurğularının istifadəyə verilməsi prosesi muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.
Bugünkü, o cümlədən ötən gün Babək şəhərində və Babək rayonunun Nehrəm qəsəbəsindəki təqdimatları nəzərə almaqla, siyahıda Şərur, Ordubad və Culfa şəhərləri, o cümlədən Sədərək rayonunun Sədərək kəndi, Kəngərli rayonunun Qıvraq qəsəbəsi də var.