Bu gün Avropa öz gələcəyi ilə bağlı seçim qarşısındadır.
Aznews.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Aİ Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
"Qarşımızda sadə seçim var. Ya bu gün pul, ya da sabah qan. Mən təkcə Ukraynadan deyil, Avropadan danışıram", - D.Tusk bəyan edib.
Onun sözlərinə görə, bu qərarı Avropa özü verməlidir, buna görə də bütün Avropa liderləri, nəhayət, bunu dərk etməli və addım atmalıdırlar.