Birləşmiş Krallıq sanksiya siyahısına 19 şirkət və beş fərdi əlavə edib. Məlumat 18 dekabrda Maliyyə Nazirliyinin saytında dərc edilib.
Sanksiyalar siyahısına Rusiyanın əsas neft şirkətləri, yəni Tatneft, RussNeft, NNK-Oil və Rosneftegaz daxildir. Britaniya hökumətinin veb saytında dərc olunmuş sənədə görə, sanksiyalar siyahısına Redwood Global Supply və Tejarinaft ticarət şirkətləri də daxildir.
Mövsüm,
AzNews.az