Gələn il ABŞ-nin bir sıra ictimai-siyasi xadimi Azərbaycana gələcək

18 Dekabr 2025 18:30 (UTC+04:00)

ABŞ-nin bir sıra ictimai-siyasi xadimi Azərbaycana səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə məlumat verib.

O, gələn il ABŞ-Azərbaycan münasibətlərinin daha da dinamik inkişaf edəcəyini, bir sıra ictimai-siyasi xadimlərin Azərbaycana səfərlərinin planlaşdırıldığını qeyd edib.