“Hakimiyyət xalqı müstəqillikdən məhrum etmək istəyir”

12 Sentyabr 2013 19:35 (UTC+04:00)
"Ermənistan hökuməti xalqın müstəqillikdən məhrum olması üçün əlindən gələn hər şeyi edir".

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistan Milli Konqresinin üzvü Qurgen Yeqiazaryan deyib.

Onun sözlərinə görə, hakimiyyət bilərəkdən elə şərait yaradır ki, insanlar ölkəni tərk etsinlər: "Bəzi marionetkaların sayəsində isə elə təəssürat yaranır ki, sanki biz gözəlliklər ölkəsində yaşayırıq".

AzNews.az