Aİ razılaşdı: Ukraynaya 90 milyard avro dəstək veriləcək

19 Dekabr 2025 12:19 (UTC+04:00)

Növbəti iki il ərzində Ukraynaya maliyyələşdirmə ilə bağlı həll yolu tapmadan Aİ zirvəsini tərk etməyəcəklərinə söz verən liderlər, dünən başlayan və gecəyə qədər davam edən danışıqlardan sonra razılığa gəldilər.

Aİ liderləri Ukraynanın maliyyələşdirmə ehtiyaclarının Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək əvəzinə, 90 milyard avroluq birgə kredit vasitəsilə ödəniləcəyi barədə razılığa gəliblər.

Zirvə görüşündən sonra Avropa Şurasının prezidenti Kosta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Aİ-yə sədrlik edən Danimarkanın Baş naziri Mette Frederiksen birgə mətbuat konfransı keçiriblər.

Kosta mətbuat konfransında bildirib ki, "Bu gün Ukraynaya növbəti iki il ərzində 90 milyard avro ayırmaq qərarını təsdiqlədik. Təcili tədbir olaraq, Aİ büdcəsi ilə təmin edilmiş kredit verəcəyik. Bu, Ukraynanın təcili maliyyələşdirmə ehtiyaclarını ödəyəcək və Ukrayna bu krediti yalnız Rusiya kompensasiya ödədikdən sonra geri qaytaracaq".

Aİ bu krediti ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək hüququnu özündə saxlayır. Eyni zamanda, biz Komissiyaya Rusiyanın dondurulmuş aktivlərinə əsaslanan kompensasiya krediti üzərində işi davam etdirmək səlahiyyəti vermişik”, - deyə o bildirib.

Mövsüm,

AzNews.az