Hücumdan sonra Avstraliya xalqdan silah toplayacaq

19 Dekabr 2025 16:10 (UTC+04:00)

Ötən bazar günü Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində baş verən və 15 nəfərin ölümünə səbəb olan kütləvi atışmanın nəticələri hələ də əks-səda doğurur.

Avstraliyanın Baş naziri Entoni Albanese Kanberrada keçirilən mətbuat konfransında federal hökumətin yeni qadağan olunmuş və qanunsuz odlu silahların artıqlığını azaltmaq və məhv etmək üçün milli geri satınalma proqramı yaradacağını açıqlayıb.

“Avstraliyanın silah qanunları sonuncu dəfə Port Artur faciəsindən sonra əhəmiyyətli dərəcədə islah edilmişdi. Bondidə baş verən dəhşətli hadisə isə küçələrimizdən daha çox silahın uzaqlaşdırılmalı olduğunu göstərir",- deyə Albanese qeyd edib.

Albanese 50 yaşlı hücumçunun 6 ədəd qeydiyyatdan keçmiş silahının olmasına diqqət çəkərək deyib:

“Sidneydəki bir qəsəbədə yaşayan bir şəxsin 6 ədəd yüksək güclü tüfəngə ehtiyacı varsa və mövcud lisenziyalaşdırma sistemi çərçivəsində bunları əldə edə bilirsə, deməli burada ciddi problem var.”

Mövsüm,

AzNews.az