Avropalı aktorlar Avropa İttifaqı Liderlər Zirvəsində Ukrayna və Rusiyanın gələcəyi məsələsini müzakirə ediblər.
Fransa Prezidenti Emmanuel Makron zirvə çərçivəsində Rusiya–Ukrayna müharibəsi kontekstində sülhün təmin olunması üçün davam edən danışıqları dəyərləndirib.
Ukrayna üçün təhlükəsizlik zəmanətləri, eləcə də davamlı və ədalətli sülh istədiklərini vurğulayan Makron bildirib:
“Putinlə görüşməyin yenidən zəruri hala gələcəyini düşünürəm.”
Makron ABŞ Prezidenti Donald Trampa işarə edərək deyib:
“Hər halda, Putinlə danışan bəzi şəxslərin olduğunu görürəm. Bu səbəbdən avropalılar və ukraynalılar olaraq bu danışıqları düzgün şəkildə yenidən başlatmaq üçün uyğun çərçivə tapmaq bizim xeyrimizədir.”
Əks halda, ruslarla təkbaşına danışan vasitəçilərlə sonradan görüşmək məcburiyyətində qalacaqlarını bildirən Makron, bunun isə uyğun variant olmadığını qeyd edib.
Mövsüm,
AzNews.az