İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 50 nəqliyyat vasitəsi satılıb.
Aznews.az xəbər verir ki, Hərraclara çıxarılan əmlaklara ümumilikdə 78 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 3 300 manat olan "Hyundai H-1" markalı mikroavtobus 10 533 manata, 9 700 manat olan "Hyundai County" markalı avtobus isə 16 000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Növbəti hərrac dekabrın 23-də keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.