Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Anar Əsədli ifadə verib.
2022-ci ilin oktaybrında keçmiş nazirlərdən biri çağırdı məni, dedi ki, Oqtay Qasımov səndən şikayətçidir, pul söhbəti var. Zəng vurdum Oqtaya, dedi ki, olmayıb elə söhbət.
Oqtay Qasımovun iddia etdiyi bütün məbləğ qaytarılıb. İlhamın da pulu qaytarılıb. Etibarın da 3 min manatını qaytarmışam, pulu götürməyib. Onun niyyəti pisdir. İstəyir ki, məni həbs etdirsin. Oqtay müsahibəsində deyib ki, Anar Əsədli və onun müavinini rədd edin, bunlar təhlükəlidirlər".
Prosesin davamında vəkil Zibeydə Sadıqova təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsavət verib.
Vəsatət təmin edilməyib.
Növbəti proses yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.