Alman deputat Dağlıq Qarabağda

12 Sentyabr 2013 20:25 (UTC+04:00)
Sentyabrın 12-də Almaniya Bundestaqının deputatı Yurgen Klimke Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfər edib.


Xankəndində onu orada yaşfyan erməni icmasının təmsilçiləri, habelə Ermənistan parlamentinin deputatları – Ermənistan –Almaniya Dostluq qrupunun sədri Artak Davtyan, qrupun üzvləri Vaan Ovannisyan, Ermənistan Xarici İşlər Nazirliyi Avropa İdarəsinin birinci katibi Aşot Smbatyan müşayiət edib.

Qarabağdakı erməni icmasının təmsilçiləri alman deputatın gəlişindən məmnunu olduqlarını bildiriblər.

Yurgen Klimke isə öz növbəsində deyib: "Çeşidli mənbələrdən qiyabi olaraq, öyrənməkdənsə, bir dəfə gəlib hər şeyi öz gözlərimlə görmək istədim". (lent.az)

AzNews.az