Arizona ştatındakı hərbi bazada atışma baş verib

19 Dekabr 2025 23:41 (UTC+04:00)

ABŞ-nin Arizona ştatında yerləşən "Luke" Hərbi Hava Qüvvələri bazasında naməlum şəxs atəş açıb.

Aznews.az xəbər verir ki, bu barədə bazanın rəsmi "Facebook" səhifəsində yayımlanan açıqlamada bildirilib.

"Luke" bazası atışma insidenti ilə bağlı məlumatlara görə tədbirlər görür. Şəxsi heyətə yerlərində qalmaq və sığınacaq tapmaq tapşırılıb", – bəyanatda qeyd olunub.

Hazırda mümkün qurbanlar və atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.