Magistral yollarda görmə min metrədək məhdudlaşacaq

20 Dekabr 2025 15:23 (UTC+04:00)

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

Aznews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.