Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb

20 Dekabr 2025 17:46 (UTC+04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Aznews.az