Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

20 Dekabr 2025 17:49 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 69 milyon 703,94 min ABŞ dolları dəyərində 1 milyard 220 milyon 799,39 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Aznews.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən elektrik enerjisinin dəyəri 25,8 %, həcmi isə 30 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 2,35 % təşkil edir.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

Aznews.az