İran 12 günlük müharibədən sonra ordudakı boşluqları doldurur

20 Dekabr 2025 19:25 (UTC+04:00)

İran İsraillə 12 günlük müharibədən sonra ordusunda yaranan bütün çatışmazlıqları aradan qaldırır.

Aznews.az xəbər verir ki, bunu İslam Respublikası Ordusunun briqada generalı Əlirza Şeyx deyib.

Onun sözlərinə görə, güc balansını müvəqqəti dəyişdirən texnoloji boşluqların aradan qaldırılması müharibənin üçüncü günündən İran Ordusu üçün prioritet məsələyə çevrilib. Bildirilib ki, o vaxtdan əhəmiyyətli irəliləyiş əldə edilib, nəticədə dörd qoşun növünün bütün sistemlərinin, silahlarının, texnikasının və şəxsi heyətinin kompleks istifadəsinə əsaslanan etibarlı çəkindirici amil yaradılıb.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada ABŞ Prezidenti Donald Tramp ilə İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edə bilər.