Oğuzda mikroavtobus qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

20 Dekabr 2025 21:26 (UTC+04:00)

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.