Çində iğtişaş iştirakçıları edam olunacaq

13 Sentyabr 2013 07:07 (UTC+04:00)
Çinin Sintszyan-Uyğur muxtar rayonunda məhkəmə 24 nəfərin ölümü ilə nəticələnən iğtişaşların 3 iştirakçısını ölüm cəzasına məhkum edib. APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, daha bir müttəhim 25 il həbs cəzasına məhkum edilib.

Çin KİV-lərinin məlumatına görə, iyunun 26-da Şanşan yaşayış məntəqəsində bıçaqla silahlanmış şəxslər polis bölmələri, yerli hakimiyyət qurumları, mağazalar və tikinti meydançalarına hücum ediblər. Onlar bir neçə polis maşını yandırıb, hakimiyyət nümayəndələrinə və təsadüfən qarşılarına çıxan digər şəxslərə çoxsaylı bıçaq zərbələri endiriblər. O zaman polis iğtişaşların 11 iştirakçısını öldürmüşdü.

AzNews.az