Sabah Amnistiya aktının icrasına başlanılır

21 Dekabr 2025 15:34 (UTC+04:00)

Sabah Amnistiya aktının icrasına başlanılır.

Aznews.az xəbər verir ki, dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.

Parlament Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında belə qərar qəbul edib.

Dekabrın 22-dən Amnistiya aktının icrasına başlanılacaq. Sabah amnistiyaya düşən məhkumlardan bir qrupu azad ediləcək.