Gürcüstan XİN ölkənin QDİƏT-ə sədrliyi dövründə prioritetlərini açıqlayıb

21 Dekabr 2025 19:24 (UTC+04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Gürcüstan nəqliyyatın əlçatanlığı, dayanıqlı inkişaf və əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirəcək.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

"Qara dəniz regionunda təhlükəsizliyin yaxşılaşdırılması da vacibdir ki, bu da QDİƏT üzv dövlətlərinin davamlı və sabit iqtisadi inkişafı üçün zəruri şərtdir", - deyə nazirlik qeyd edib.

Qeyd edək ki, Gürcüstan 2026-cı il yanvarın 1-dən altı ay müddətinə QDİƏT-ə sədrlik edəcək.