İran regionda və həmçinin onun xaricində dəniz təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib.
Aznews.az xəbər verir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İrani deyib.
Onun sözlərinə görə, İranın 103 və 104-cü eskadraları xarici missiyalarını yerinə yetirmək üçün Cənubi Afrikaya doğru irəliləyirlər. Şəhram İrani bildirib ki, məqsəd ticarət gəmilərini müşayiət etməkdir.
"Seyid Əli Xameneinin tövsiyyəsi ilə İranın HDQ-si BRICS birgə təlimində də iştirak edəcək" , - İrani bildirib.