Umerov: Ukrayna nümayəndə heyəti dekabrın 21-də ABŞ tərəfi ilə görüşəcək

21 Dekabr 2025 21:47 (UTC+04:00)

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov dekabrın 21-də ABŞ tərəfi ilə növbəti görüş keçirəcəklər.

Aznews.az xəbər verir ki, bu barədə Umerov Telegram kanalında məlumat yayıb.

“Bu gün general-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə daha bir görüşümüz olacaq. Konstruktiv və konkret şəkildə işləyirik. Gələcək irəliləyişə və praktiki nəticəyə ümid edirik”, – Umerov qeyd edib.

Aznews.az