Mingəçevirdə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

21 Dekabr 2025 23:19 (UTC+04:00)

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"VAZ" və "Hundai" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.