İnternatda yanğın: 14 ölü, 37 itkin

13 Sentyabr 2013 07:23 (UTC+04:00)
Novqorodda psixonevroloji internatda baş verən yanğında ən azı 14 nəfər ölüb, çox sayda şəxs barədə xəbər yoxdur.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hələlik yanğının baş vermə səbəbləri barədə danışmaq tezdir.

Yanğın gecə saat 02:52 –da baş verib. İnternatda 60 nəfər olub ki, onlardan da 20-i binadan çıxarılıb. 37 nəfərin taleyi barədə məlumat yoxdur. Ancaq bu hələ onların həlak olduğunu düşünməyə əsas vermir.

Elnur
AzNews.az