İndoneziyanın paytaxtı Cakartadan Yoqyakartaya gedən avtobus gecə yarısı Mərkəzi Yava əyalətinin Semarang şəhərindəki Krapyak ödəniş məntəqələrinin yaxınlığında idarəetməni itirərək beton maneəyə çırpılıb və aşıb.
Axtarış-xilasetmə rəsmisi Budiono bildirib ki, 34 sərnişin daşıyan şəhərlərarası avtobus dolama yolda aşıb və bəzi sərnişinlər avtobusun kuzovu ilə maneə arasında qalıb.
Budiono bildirib ki, polis və xilasetmə qrupları qəzadan təxminən 40 dəqiqə sonra hadisə yerinə gəlib və 6 sərnişin hadisə yerində, 10 sərnişin isə xəstəxanaya aparılarkən və ya müalicə alarkən ölüb.
Budiono qəzada yaralanan 18 nəfərin yaxınlıqdakı iki xəstəxanada müalicə aldığını bildirib və onlardan beşinin vəziyyətinin ağır olduğunu əlavə edib.
Mövsüm,
AzNews.az