Suriya kimyəvi silahla bağlı konvensiyaya qoşulacaq

13 Sentyabr 2013 07:58 (UTC+04:00)
Suriya kimyəvi silahı qadağan edən konvensiyaya qoşulacaq və onun tamhüquqlu üzvü olacaq. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Suriyanın BMT-dəki nümayəndəsi Bəşər Nəcəfi deyib.
O deyib ki, Suriya BMT-nin baş katibi Pan Gi Muna kimyəvi silahı qadağan edən məktub göndərib.

"Bu gün Suriya konvensiyanın tamhüquqlu üzvü olur" - deyə o əlavə edib.

AzNews.az