Maduro: Tramp öz ölkəsindəki problemlərlə məşğul olmalıdır

23 Dekabr 2025 14:08 (UTC+04:00)

ABŞ-ın aqressiv hərəkətləri səbəbindən ABŞ ilə Venesuela arasındakı gərginlik diqqət mərkəzindədir.

Venesuela prezidenti Maduro paytaxt Karakasda keçirilən tədbirdə çıxış edərək ABŞ-ın Venesuela neft tankerlərini ələ keçirməsinə münasibət bildirib.

Maduro ABŞ prezidenti Donald Trampa müraciət edərək deyib:

"Düşünürəm ki, prezident Tramp öz ölkəsindəki problemlərlə məşğul olmalıdır. Əgər o, iqtisadi və sosial məsələlərə diqqət yetirsəydi, dünya ilə münasibətləri daha yaxşı olardı. Hər bir prezident öz işi ilə məşğul olmalıdır."

Maduro Trampın vaxtının əhəmiyyətli bir hissəsini Venesuelaya həsr etdiyini iddia edərək bildirib:

"Əgər mən vaxtımı Venesuela prezidenti olmaq əvəzinə, başqa ölkələrin işlərinə müdaxilə etməyə, onlar üçün problem yaratmağa və ya dünyanı idarə etməyə çalışmağa sərf etsəydim, çox pis olardım. Əgər Trampla yenidən danışsam, bunu ona deyəcəyəm".

Maduro ABŞ-ın neft vasitəsilə ölkəsinə təzyiq göstərməyə çalışdığını bildirərək deyib:

"Nə dediyimi bilirəm və bizi bu sınaqdan keçirdiyinə görə Allaha şükür edirəm, amma biz bu sınaqdan keçəcək və iqtisadi cəhətdən və suveren bir ölkə kimi daha güclü olacağıq".

Mövsüm,

AzNews.az