Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Aznews.az xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında keçirilən görüş zamanı aparılıb.
Görüşdə Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib.
Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
ABŞ şirkətləri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və əhatəli "yol xəritəsi"nin hazırlanması məsələlərinə toxunulub.
Aznews.az