Bakıda komanda-qərargah təlimi keçiriləcək

13 Sentyabr 2013 08:44 (UTC+04:00)
Sentyabrın 23-dən 27-dək Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə "Eternity 2013" ("Sonsuzluq-2013") kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyə Silahlı Qüvvələrindən APA-ya verilən məlumata görə, təlimdə əsas ixrac neft-qaz kəmərlərinin mühafizəsi ssenarilərinin nəzərdən keçirildiyi təlimdə hər üç ölkədən Silahlı Qüvvələr və kəmərlərin mühafizəsi ilə məşğul olan qurumlardan nümayəndələr iştirak edəcək. Təlimə həmçinin neft-qaz kəmərlərinə cavabdeh qurumların da nümayəndələri qatılacaqlar.

Qeyd edək ki, "Eternity" təlimi ildə bir dəfə növbəlilik əsasında iştirakçı ölkələrin birində keçirilir.

AzNews.az