İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

23 Dekabr 2025 17:33 (UTC+04:00)

İordaniya Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Aznews.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Zati-alinizin doğum günü münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".