Türkiyəli nazir: Azərbaycanla birgə brendlərin inkişaf etdirilməsi əməkdaşlığımızda mühüm rol oynayır

23 Dekabr 2025 18:49 (UTC+04:00)

Azərbaycanla ölkəmiz arasında birgə brendlərin inkişaf etdirilməsi və üçüncü ölkələrə ixracı əməkdaşlığımızda mühüm rol oynayan amildir.

Aznews.az xəbər verir ki, Bunu Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

Nazir deyib ki, bu çərçivədə əməkdaşlıq birgə brendlərin inkişaf etdirilməsi və üçüncü ölkələrə yönəlik ixrac strategiyası ikitərəfli iqtisadi münasibətləri klassik ticarət modelindən çıxararaq qlobal rəqabətə davamlı istehsal və texnologiya əsaslı əməkdaşlıq mərhələsinə daşımağı hədəfləyir. Bu cür yanaşma isə Türkiyənin qabaqcıl sənaye və istehsal təcrübəsini Azərbaycanın enerji resursları və strateji coğrafi mövqeyi ilə birləşdirmək üçün ciddi potensial yaradır.

"Beləliklə, hər iki ölkə kapitalını, texnologiyasını və təcrübəsini vahid dəyər zəncirində birləşdirə bilər. Məsələn, Qarabağ Zəfəri ilə nəticələnən hərbi əməkdaşlıq, xüsusilə müdafiə sənayesi sahəsində birgə istehsal olunan məhsulların üçüncü ölkələrdə "etibarlı və yüksək texnologiyalı" brendlər kimi tanınmasına şərait yaradıb. Bu, həm Türkiyənin, həm də Azərbaycanın qlobal dəyər zəncirində mövqeyini gücləndirən mühüm amildir", - Ömer Bolat qeyd edib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.