Elmar Məmmədyarovun müavini Ermənistanda

13 Sentyabr 2013 08:53 (UTC+04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Ermənistana gedib.


Nazirlikdən verilən məlumata görə,səfərdə məqsəd sentyabrın 12-13-də İrəvanda keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak etməkdir.

Toplantıda Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək. İclas "Şərq Tərəfdaşlığı" Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq yığıncağı olacaq.

AzNews.az