Slovakiyanın Baş naziri Robert Fiko ölkənin şimalındakı Jilina bölgəsində tikintisi 27 il davam edən tunelin açılışı zamanı qeyri-adi bir addım atıb.
Slovak lider bazar ertəsi günü tunelin rəsmi açılışından bir neçə saat əvvəl 7,4 kilometr uzunluğundakı Vişnove Tunelini başdan-başa konki sürərək keçib.
Tunelin içindən çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşan Fiko, “Bu fürsəti qaçırmaq istəmədim və tunelin tamamını konki ilə keçdim”, – deyə bildirib.
Fiko açılış mərasimindəki çıxışında tunelin Slovakiya vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdıracağını vurğulayaraq, “Siyasətin əsas missiyası da məhz budur”, – deyə qeyd edib.
Mövsüm,
AzNews.az