Dənizlərdəki mövcudluğunu və suverenliyini genişləndirən Çin ölkə üçün yüksək potensiala malik yeni bir enerji kəşfi edib.
Çin Milli Dənizaşırı Neft Şirkətinin (CNOOC) açıqlamasına görə, Bohay dənizində neogen dövrünə aid dayaz laylarda yeni neft ehtiyatı müəyyən edilib.
“Çinhuaŋdao 29-6” adlanan neft yatağında təxminən 100 milyon ton orta və ağır xam neft aşkar olunub.
1688 metr dərinliyə qazılan sınaq quyusundan gündə 2 560 barel neft çıxarılır. Mütəxəssislər yataqdan gündə 370 ton (8 786 barel) neft hasil edilə biləcəyini proqnozlaşdırırlar.
Şirkət ötən il eyni bölgədə yerləşən “Çinhuaŋdao 27-3” neft yatağında da 100 milyon tonluq xam neft ehtiyatı aşkar etdiyini bildirmişdi.
CNOOC hazırda Bohay və Cənubi Çin dənizlərində dənizaşırı neft və təbii qaz kəşfiyyatı və qazma işləri aparır.
Mövsüm,
AzNews.az