23 yaşlı gənc intihar etdi

13 Sentyabr 2013 09:06 (UTC+04:00)
Azərbaycanın Qusar rayonunda intihar hadisəsi baş verib. Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Zeyxur kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Fərrux Şahmir oğlu Bağırov yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az