Bakalavr səviyyəsi üzrə tədris planları yenilənəcək.
Aznews.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev TTKF-nın hesabat tədbirində çıxışı zamanı deyib.
“2025-ci ildə qarşıya qoyulmuş hədəflərə nail olduq. Ali təhsil səviyyəsində təhsil alanların sayı 76 minə çatdı. 2027-2030-cu illərdə hədəfimiz ali təhsilin keyfiyyətinin artırılmasıdır. Bununla bərabər, Fonddan yararlanan tələbələrin də sayı artacaq”.
O həmçinin qeyd edib ki, magistratura səviyyəsində bütün ixtisaslarda yeni tədris planları hazırlanıb: “Növbəti mərhələdə bunu bakalavr səviyyəsində də tətbiq etmək nəzərdə tutulub”.