Tacikistan–Əfqanıstan sərhədində silahlı toqquşma baş verib

25 Dekabr 2025 13:24 (UTC+04:00)

Tacikistan–Əfqanıstan sərhədində silahlı toqquşma baş verib, ölənlər var.

Bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Silahlı toqquşma və bu terror aktının qarşısının alınması zamanı Tacikistan Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının iki hərbi qulluqçusu həlak olub”, — deyə dövlət komitəsinin bəyanatını “Xovar” agentliyi sitat gətirir.

Hadisə dekabrın 23-də saat 23:30-da baş verib. Bildirilir ki, terrorçular tacik sərhədçilərinin təslim olmaq barədə əmrinə tabe olmayaraq silahlı müqavimət göstəriblər.

Mövsüm,

AzNews.az