Kəmaləddin Heydərov yeni məktəbin açılışında iştirak etdi

13 Sentyabr 2013 09:34 (UTC+04:00)
Qaxın Güllük kəndində orta məktəbin açılışı olub.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Qaxın Güllük kəndində ötən ilin may ayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşən 300 yerlik tam orta məktəbin açılışı olub. Məktəbin açılışında fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib.

Qeyd edək ki, məktəb Qaxda baş verən zəlzələdən sonra bu günə kimi rayonda yenidən tikilərək istifadəyə verilən sayca 10-cu məktəbdir. 3 mərtəbədən ibarət olan məktəbdə təhsil və tədrisin təşkili üçün hər cür şərait yaradıb. Məktəb müasir inventarlarla təchiz olunub, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün lazimi şərait yaradılıb.

Kəmaləddin Heydərovun bu gün bölgədə digər məktəblərin açılışında da iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, açılışlardan sonra Kəmaləddin Heydərov Zaqatala rayonunda vətəndaşlarla görüş keçirəcək. Görüş zamanı nazir Zaqatala, Şəki, Balakən, Oğuz, Qax, İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.

AzNews.az