Ağdam şəhərində inşa olunan 1-ci və 3-cü yaşayış kompleksində söküntü və şaquli planlaşdırma işləri başa çatıb.
Aznews.az xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov deyib.
O, Ağdam şəhərində 5 yaşayış məntəqəsinin təməlinin qoyulduğunu vurğulayıb:
"Hal-hazırda 1-ci və 3-cü yaşayış kompleksində söküntü və şaquli planlaşdırma işləri başa çatıb. 4-cü və 5-ci yaşayış komplekslərində isə tikinti işləri davam etdirilir.
Bundan başqa, rayonun Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işləri davam etdirilir. Həmin kəndlərdə işlərin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub".