Rusiya: Biz ABŞ-ın Ukrayna ilə bağlı sülh planını araşdırırıq

25 Dekabr 2025 15:48 (UTC+04:00)

ABŞ və Avropa Birliyinin iştirakı ilə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması səyləri davam edir.

Bununla əlaqədar olaraq, Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında mövcud məsələlərə münasibət bildirib.

Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ rəsmiləri ilə görüşdüyünü xatırladan Peskov bildirib ki , "Dmitriyevin Putinə təqdim etdiyi planı təhlil edirik. Prezidentin qərarına uyğun olaraq amerikalılarla əlaqə saxlamağa davam edəcəyik".

Həmçinin bildirək ki, Peskov Putinin ABŞ prezidenti Donald Trampa Milad bayramı münasibətilə teleqram göndərdiyi barədə məlumatı paylaşıb.

Mövsüm,

AzNews.az