İsrailin müdafiə naziri Yisrael Katz İsrail qəzetlərindən birinə verdiyi müsahibədə Qəzza məsələsi ilə bağlı açıqlamalar verib.
Katz, Trampın açıqladığı plana görə, HƏMAS-ın silahlarını yerə qoymalı olduğunu və Fələstin qrupu bu addımı atmasa, İsrailin "HƏMAS-ı tərksilah edəcəyini" iddia etdi.
Katz , Trampın açıqladığı planın əksinə olaraq, İsrail ordusunun Qəzzadan tamamilə çəkilməyəcəyini bildirərək , "İsrail heç vaxt Qəzzanı tərk etməyəcək. Yaşayış məntəqələrini qorumaq üçün Qəzzada təhlükəsizlik zonası olacaq",-deyə qeyd edi.
Mövsüm,
AzNews.az