Bu il Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss edilib

25 Dekabr 2025 17:43 (UTC+04:00)

2025-ci ildə rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb.

Aznews.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsinin və RSXM-nin birgə iclasında professor Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub.

Qurban Yetirmişli qeyd edib ki, maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb.