Ankaranın Sosial Elmlər Universitetində (ASBÜ) Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin müəllifləri olan görkəmli şairlər – Əhməd Cavad və Mehmet Akif Ərsoyun xatirəsi anılıb.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X"də paylaşım edib.
Tədbirdə ASBÜ-nün rektoru, professor Musa Kazım Arıcan və Ankaranın valisi Vasip Şahin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi və ictimai xadim Əhməd Cavadın, həmçinin türk xalqının milli azadlıq mübarizəsinin fəal iştirakçısı, Türkiyənin Dövlət Himninin mətninin müəllifi Mehmet Akif Ərsoyun yaradıcılığından danışıblar.
Bildirilib ki, Əhməd Cavadın və Mehmet Akif Ərsoyun yaradıcılığı Azərbaycanla Türkiyənin qardaşlığının rəmzi, iki xalqı birləşdirən körpüdür.
Tədbirdə görkəmli şairlərin həyat yoluna həsr olunmuş qısametrajlı filmlər və sərgi də nümayiş etdirilib.