Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Aznews.az xəbər verir ki, hadisə Aydın şəhərinin Efeler rayonunda qeydə alınıb. Məlumata görə iki avtomobilin toqquşması zamanı 7 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralılar təcili yardım maşınıyla xəstəxanaya çatıdırılıblar.
Qəza ilə bağlı araşdırma aparılır.