Azərbaycan və Aİ ölkələrinin beyin mərkəzləri ilə forum planlaşdırılır

26 Dekabr 2025 12:00 (UTC+04:00)

Azərbaycan və G-6 ölkələrinin beyin mərkəzləri arasında fevral ayında forum keçirmək niyyətimiz var.

Aznews.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında deyib.

O əlavə edib ki, Avropa İttifaqı ölkələrinin beyin mərkəzləri ilə də belə bir forumun təşkil edilməsi planlaşdırılır.