Rusiyada müxalifət lideri 6 il həbs cəzasına məhkum edilib

26 Dekabr 2025 15:10 (UTC+04:00)

Rusiyada Prezident Vladimir Putinin müxalifəti və Sol Cəbhə hərəkatının lideri Sergey Udaltsov barəsində məhkəmədə hökm oxunub.

Məhkəmə Udaltsov terrorizmi legitimləşdirməkdə təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilib.

Lakin Udaltsov ona qarşı irəli sürülən ittihamları rədd edib.

Rusiyanın müstəqil media orqanı olan Mediazona-nın məlumatına görə, Udaltsov aclıq aksiyasına başlayacağını bildirib.

Udaltsov cəzasını yüksək təhlükəsizlikli həbsxanada çəkəcək.

Mövsüm,

AzNews.az