Bu il ərzində Rusiya ilə münasibətlərdə gərginlik olmasına baxmayaq, müəyyən dialoqlar olub.
Aznews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatında deyib.
"Bu il ərzində Rusiya ilə münasibətlərdə gərginlik olmasına baxmayaraq, müəyyən dialoqlar olub. Düşənbə görüşü iki dövlət arasında münasibətlərin yumşalmasında əhəmiyyətli rola malik olub", - nazir vurğulayıb.
O, həmçinin Türkiyə, Gürcüstan və İranla intensiv təmasların davam etdiyini deyib:
"Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən üç, Ərdoğan tərəfindən isə ölkəmizə dörd işgüzar səfər olub".
C.Bayramov əlavə edib ki, bu il Azərbaycanın iki və çoxtərəfli əməkdaşlıqları ölkənin inkişafına böyük təkan verib.
XİN başçısının sözlərinə görə, il ərzində Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 14 səfəri reallaşıb:
"Həmçinin Mərkəzi Asiya ölkələri rəhbərlərinin Azərbaycana səfərləri baş tutub".