Bu il ərzində ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika müşayiət olunub.
Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin avqust ayında Vaşinqtona səfəri bu konteksdə vacib əhəmiyyətə malik olub:
"Həmin səfər çərçivəsində iki ölkə arasında anlaşma memorandumu imzalanıb, həmçinin bu səpkidə qarşılıqlı səfərlər baş tutub".