Nazir: Bu il beynəlxalq təşkilatlarda irəli sürdüyümüz 14 namizədliyin hər birində qələbə əldə olunub

26 Dekabr 2025 15:54 (UTC+04:00)

Azərbaycanın 2025-ci ildə beynəlxalq təşkilatlarda irəli sürdüyü 14 namizədliyin hər birində qələbə əldə olunub.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Nazirin sözlərinə görə, 2025-ci ildə Azərbaycanın beynəlxalq təşkilatlarda irəli sürdüyü 14 namizədliyin hər biri uğurla nəticələnib:

"Bu, Azərbaycan beynəlxalq nüfuzunun artması ilə bilavasitə bağlıdır".